“Sonuncu dəfə keçən ilin dekabrında görüşmüşük. O vaxtdan etibarən müzakirə edilməli olan suallar yığılıb”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Moskvada təkbətək görüşü zamanı deyib.
O, ümidvar olduğunu bildirib ki, ikitərəfli münasibətlərin bu müddət ərzində yığılmış mühüm məsələlərini, eləcə də regiondakı vəziyyəti müzakirə edəcəklər:
“Təbii ki, biz Şuranın (Aİİ - red.) iclası zamanı artıq iqtisadi bloku müzakirə etmişik və indi ümid edirəm və əminəm ki, ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional məsələləri müzakirə edəcəyik”.
Bizim.Media