Sandu bu dəfə Rusiyaya təşəkkür etdi

Sandu bu dəfə Rusiyaya təşəkkür etdi

Hazırda oxunan: Sandu bu dəfə Rusiyaya təşəkkür etdi

19068

Moldova prezidenti Mayya Sandu Rusiyaya humanitar yardım kimi gətirilən «Sputnik V» peyvənd partiyasına görə təşəkkür edib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Moldovaya xüsusi bort vasitəsi ilə 142 min doz preparat gətirilib, may ayında daha 40 min doz preparatın çatdırılması planlaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Sandu: “Parlamentdə öz maraqlarına xidmət edən bəzi qrupları bəyənmirəm”


​​​​​​​"Bu gün Moldovaya peyvənd prosesini sürətləndirəcək. "Sputnik V" peyvəndinin 142 min dozdan ibarət partiyası ölkəyə daxil olub."

"Rusiya Federasiyasına peyvənd edilmiş insanların kateqoriyalarının genişləndirilməsinə imkan yaradan bu ianəyə görə təşəkkür edirəm", - deyə Sandu öz Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Moldovada 30 may tarixinə qədər koronavirus infeksiyası səbəbindən fövqəladə vəziyyət rejimi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO