Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, NZS qəsəbəsində 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu dava zamanı bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bizim.Media