74 məktəbdə qayda pozuntusu aşkarlandı

74 məktəbdə qayda pozuntusu aşkarlandı

Hazırda oxunan: 74 məktəbdə qayda pozuntusu aşkarlandı

1903

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə 7-9 oktyabr tarixlərində 100 dövlət ümumtəhsil məktəbində monitorinq aparılıb.

Monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrin tələblərinə uyğun olaraq həyata keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, monitorinq nəticəsində yoxlama aparılan 74 ümumtəhsil məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib.

Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb.

Belə ki, 4 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 24-nə töhmət verilib, 46-na isə xəbərdarlıq edilib.

Monitorinqin ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO