“İslahatlarımızın əsas istiqaməti aztəminatlı insanların gəlirlərini artırmaqdır” – Sahil Babayev 

“İslahatlarımızın əsas istiqaməti aztəminatlı insanların gəlirlərini artırmaqdır” – Sahil Babayev 

Hazırda oxunan: “İslahatlarımızın əsas istiqaməti aztəminatlı insanların gəlirlərini artırmaqdır” – Sahil Babayev 

190226

"Tərəfimizdən həyata keçirilən islahatların əsas istiqaməti məhz aztəminatlı, azgəlirli, sosial cəhətdən həssas insanların gəlirlərinin artırılmasıdır" .

Bizim.Media xəbər verir k, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda deyib.

Nazir bildirib ki, əgər Azərbaycan dövləti 2018-ci ildə sosial müavinət və təqaüdlərə 300 milyon manat vəsait xərcləmişdisə, artıq bu rəqəm ötən il 1.9 milyard manata çatıb:

"5 dəfədən çox artım olub. Bunun özü də dövlətimizin sosial yönümlü siyasətinin bariz göstəricisidir. Təkcə bu ilin birinci rübündə müavinət və pensiya, ünvanlı yardım proqramları vasitəsilə vətəndaşlarımıza 2 milyard 183 milyon manat vəsait ödənilib. 
Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12 faiz və ya 224 milyon manat çoxdur. Bundan əlavə ən böyük sosial proqramlarımız haqqında məlumat açıqlığı təmin olunur. Günə 100 min vətəndaşa xidmət göstəririk. Düşünürük ki, vətəndaşların həssas məsələlərində medianın dəstəyi ilə ciddi maarifləndirmə apara bilərik.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO