Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək – RƏSMİ  

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək – RƏSMİ  

Hazırda oxunan: Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək – RƏSMİ  

190070

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. 

Bizim.Media xəbər verir ki, qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. 

Himayədar ailələrə verilən uşaqlardan 3-ü oğlan, 9-u qızdır. Həmçinin 7-si 6 yaşadək olan, 4-ü 7-13 yaş arası, 1-i 14-18 yaş arası uşaqlardır. 

Hazırda həmin uşaqların 3-ü Bakı şəhərindəki, 9-u rayonlardakı (Lənkəran-2, Cəlilabad-1, Ağcabədi-1 , Biləsuvar-1, Zaqatala-1, Gəncə-1, Göyçay-1, Şamaxı - 1) ailələrdə yaşayırlar. 

“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur. 

Himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri: 

• 0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat); 

• 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat); 

• 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub. 

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin edilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO