Tbilisidə etirazçılar parlamentin binasına hücum ediblər.
Bizim.Media xəbər verir ki, xarici agentlər haqqında qanun layihəsinə etiraz edənlər hökumət binasına daxil olmağa çalışırlar.
Onlar Gürcüstan parlamenti binasının xidməti girişinin darvazalarını zədələyiblər.
Bunun qarşısını almaq üçün isə əraziyə cəlb olunan polis və xüsusi təyinatlılar etirazçılara su və bibər qazı atıblar.
Qeyd edək ki, parlament hakim rusiyayönlü “Gürcü arzusu” partiyasını təmsil edən baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
Bizim.Media