Prezident Rusiyanın Baş ravvinini qəbul etdi

Prezident Rusiyanın Baş ravvinini qəbul etdi

Hazırda oxunan: Prezident Rusiyanın Baş ravvinini qəbul etdi

189919

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfə verəcəyi bildirilib. 

Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışılıb, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO