Oğuzda silahlı şəxs saxlanıldı – FOTO  

Oğuzda silahlı şəxs saxlanıldı – FOTO  

Hazırda oxunan: Oğuzda silahlı şəxs saxlanıldı – FOTO  

189907

Oğuz rayonunda qonşular arasında baş vermiş mübahisə zamanı birinin digərinə odlu silahla hədə-qorxu gəlməsi barədə polisə məlumat daxil olub.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə mübahisə edən tərəflərdən biri olan 50 yaşlı Rəşad Manafov saxlanılıb. 

Onun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanıb. R.Manafov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO