Paşinyanın yeni VİDEOÇARXI gülüşə səbəb oldu

Paşinyanın yeni VİDEOÇARXI gülüşə səbəb oldu

Hazırda oxunan: Paşinyanın yeni VİDEOÇARXI gülüşə səbəb oldu

189736

Ermənistanın baş naziri Nikol Paşinyan hüquq, yurisdiksiya, suverenlik və ərazi bütövlüyünə həsr olunmuş “Dövlət haqqında söhbətlər” adlı dördüncü videoçarxını təqdim edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri "Yerevan Today" nəşri yayıb.

Mənbə yazır ki, Paşinyan bu videosunda Qazaxla sərhəddə yerləşən Tovuzqala (Tavuş) vilayətində atdığı addımları izah etməyə çalışıb.

O, bunun üçün masanın üzərinə su töküb. Nəticədə su damcıları onun şalvarına da sıçrayıb. 

Yeri gəlmişkən, bu görüntülər ermənilərə məxsus Telegram kanallarında gülüşə səbəb olub.

Xatırladaq ki, Ermənistan may ayının 15-dək Qazaxın işğalda olan 4 kəndini Azərbaycana geri qaytarmalıdır. Bu reallığı yerli sakinlərə izah etmək üçün Paşinyan 2 dəfə sərhəd kəndinə gələrək yerli sakinlərlə görüşüb və o kəndlərin Azərbaycana məxsus olduğunu bəyan edib.

Sakinlər isə keçmiş Qarabağ klanının dəstəyi ilə bir neçə gündür ki, etiraz aksiyası keçirirlər. 

Ancaq buna baxmayaraq hər iki ölkənin mütəxəssisləri sərhəddə delimitasiya və demarkasiya prosesinə başlayıblar. Artıq işlərin 50 faizindən çoxunun sona çatdığı deyilir. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO