Millimizin lisenziya turniri üçün heyəti AÇIQLANDI 

Millimizin lisenziya turniri üçün heyəti AÇIQLANDI 

Hazırda oxunan: Millimizin lisenziya turniri üçün heyəti AÇIQLANDI 

189570

Azərbaycan güləş millisinin mayın 9-12-də keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri üçün heyəti bəlli olub. 

Bizim.Media xəbər verir ki, bunu Dünya Güləş Birliyinin mətbuat xidməti açıqlayıb. 

Millimiz İstanbula 9 güləşçi ilə yollanacaq. Yunan-Roma yığmamızda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) Paris-2024-ə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar. 

Qadın millimizin 5 güləşçisi də Türkiyədə xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) lisenziya üçün yarışacaqlar. 
Qeyd edək ki, yığmamız sərbəst güləşdə bütün çəkilərdə, yunan-Roma güləşində iki kateqoriyada lisenziya qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO