Türkiyə və Yunanıstan Meriç çayı ərazisində iki ölkənin nəzarət-buraxılış məntəqələrini birləşdirən yeni körpünün tikintisi ilə bağlı razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, yeni 811 metrlik dörd zolaqlı körpünün inşasına bu il başlanacaq. Konstruksiya, 1958-ci ildə tikilmiş köhnə iki zolaqlı körpü ilə yanaşı fəaliyyət göstərəcək.
Türkiyənin Yunanıstan ilə həmsərhəd olan Edirne əyalətinin qubernatoru Yunus Sezer bildirib ki, mövcud körpü artıq Türkiyənin artan beynəlxalq ticarət həcminin öhdəsindən gələ bilmir və bununla əlaqədar iki ölkənin hakimiyyət orqanları tərəfindən yeni nəqliyyat layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib.
İnşaat işləri hər iki tərəfindən maliyyələşdiriləcək ki, bu da Türkiyə ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında yük və sərnişin axınını sürətləndirəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:07 / 28.04.2024
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək
Hazırda oxunan: Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək
Hazırda oxunan: Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək
189406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.