Avropa çempionatında daha bir güləşçimiz ermənini məğlub etdi

Avropa çempionatında daha bir güləşçimiz ermənini məğlub etdi

Hazırda oxunan: Avropa çempionatında daha bir güləşçimiz ermənini məğlub etdi

18938

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib.

Süleymanov medal uğrunda qarşılaşmada ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO