Məzuniyyətə niyə yayda çıxırıq? – MARAQLI SƏBƏB

Məzuniyyətə niyə yayda çıxırıq? – MARAQLI SƏBƏB

Hazırda oxunan: Məzuniyyətə niyə yayda çıxırıq? – MARAQLI SƏBƏB

189129

Bir qayda olaraq çoxları məzuniyyətə yayda çıxır. Bunu da onunla əsaslandırırlar ki, yayda istirahəti təşkil etmək daha rahatdır. Üstəlik, həmin vaxtlar məktəblilər də yay tətilində olur. 

Amma yayda məzuniyyətə çıxmaq ənənəsi bizlərdə sonradan yaranıb. Ötən əsrin 80-90-cı illərində insanlar daha çox payızda və qışda məzuniyyətə gedirdi. Çünki payız-qış aylarında təsərrüfat işləri xeyli az olurdu. Amma son dönəmlər çoxları iyul-avqust aylarında məzuniyyətə yollanır. 

Sən demə bunun çox maraqlı iqtisadi səbəbi var imiş…

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyət müddətinə daxil edilmir və bu günlərə görə ödəniş də ödənilmir:

“Bayram günləri olan aylarda iş günlərinin sayı digərləri ilə müqayisədə az olduğundan işçinin hətta bir gün məzuniyyətdə olması belə əməkhaqqının məbləğinə təsir göstərir. İyul-avqust aylarında isə bayram günləri yoxdur. Ona görə də çoxları məzuniyyətə məhz bu aylarda çıxırlar. 
Məsələn, yanvarda, martda və hətta apreldə bu il cəmi 14-15 rəsmi iş günü oldu. 800 manat əmək haqqı alan şəxsin bu aylarda hər iş gününün məvacibi cəmi 29 manatdır. Yay aylarında isə bu rəqəm 50 manatdır”.

Akif Nəsirli onu da qeyd etdi ki, Əmək Məcəlləsinə görə, məzuniyyət vaxtı üçün verilən ödənişin məbləği məzuniyyətin verildiyi aydan əvvəlki 12 ayın orta əməkhaqqına əsasən müəyyən edilir:

“Belə ki, məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən olunur. 
Bu qayda ilə hesablanmış bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin günlərinin sayına vurulur. Ona görə də, məzuniyyətin günlərinin sayı, məbləği ilə yanaşı, məzuniyyətə çıxma dövrü də əhəmiyyət daşıyır. Bu səbəbdən, bir çox insanlar daha çox iş günü olan aylarda məzuniyyətə çıxırlar”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO