Rusiya bayrağına görə ukraynalı deputatlar arasında dava düşdü – VİDEO+FOTO

Rusiya bayrağına görə ukraynalı deputatlar arasında dava düşdü – VİDEO+FOTO

Hazırda oxunan: Rusiya bayrağına görə ukraynalı deputatlar arasında dava düşdü – VİDEO+FOTO

18904

Xerson Vilayət Şurasının deputatları bir toplantıda Rusiya bayrağının yazıldığı afişaya görə dava salıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Kherson.net.ua” saytı yayıb.

Mənbə yazır ki, “Müxalifət Platforması - Həyat uğrunda” partiyasının deputatı  Yeqor Ustinovun çıxışı zamanı “Avropa Həmrəyliyi” fraksiyasının nümayəndəsi Sergey Xlan yaxınlaşaraq Rusiya bayrağının fonunda "İşğalçının ortağı" yazısı olan afişanı onun boynundan asmağa çalışıb.

Ustinov rəqibini uzaqlaşdırıb, bundan sonra aralarında dava düşüb. Nəticədə, onun tərəfdaşlarından biri Xlanı kənara itələyərək yerində oturtdurub.

Ustinov çıxışının davamında vilayət şura deputatının bu cür davranışının qəbuledilməz olduğunu vurğulayıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO