"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Bizim.Media “Sabah” nəşrinə istinadla xəbər verir ki, "Aston Villa" türk vingerin transferində israrlıdır.
Daha əvvəl 18 milyon avroluq təklifi rədd edilən Birmingem təmsilçisi yenidən "Qalatasaray"a müraciət edib. "Aston Villa" rəsmiləri 23 yaşlı ön xətt oyunçusu üçün "sarı-qırmızılar"ın tələb etdiyi 25 milyon avronu ödəməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:45 / 24.04.2024
“Aston Villa” “Qalatasaray”ın təklifi ilə RAZILAŞDI
Hazırda oxunan: “Aston Villa” “Qalatasaray”ın təklifi ilə RAZILAŞDI
Hazırda oxunan: “Aston Villa” “Qalatasaray”ın təklifi ilə RAZILAŞDI
188803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.