“PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ziya Hüseynzadə ifadə verib.
Ziya Hüseynzadə bildirib ki, zərərçəkmiş Kənan Rəsulovun sifarişi ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı”ndan 2 milyon dollar kredit götürülməsi ilə sənədlər hazırlayıb:
"Amma ilkin mərhələdə kredit ayrılmadı. Sonra özü müraciət etdi. Yazılan krediti ala bilmədi. Kənanı mənimlə onun "Muğanbank"da işləyən Elnar adlı dostu tanış edib. Mən Avropa bankından bir çox layihələr vermişəm. Bu sahədə tanınmışam. Mən ümumilikdə Avropa bankı ilə 40-50 layihəm olub. Buna görə də Kənan mənə müraciət etdi. Biz müraciət edən şəxslərə xidmət göstərmişik. Onların sənədlərini hazırlayıb banka təqdim etmişik. Xidmət haqqı olaraqda 224 min dollar dəyərində müqavilə bağlamışıq. Bu müqavilə kreditin götürülüb-götürülməməsindən asılı deyil. Müqavilədə göstərilən məbləğ xidmət haqqı olub. Kənandan müqavilınin şərtləri ilə tanış olub və imza edib".
Məhkəmədə o da məlum olub ki, Ziya Hüseynzadə 2022-c ilin yanvarın 6-da 224 min dollarlıq dəyərində xidməti müqavilə imzaladı, 6 ay sonra hüquqi xidmət göstərmək barədə müqavilə bağlayıb.
Prosesə sədrlik edən hakim Azad Məcidov təqsirləndirilən şəxsdən niyə görə əvvəlcə xidməti müqavilə, 6 ay sonra isə hüquqi xidmət göstərilməsi barədə müqavilənin imzalamasını soruşub.
Ziya Hüseynzadə bildirib ki, əvvəlcə hüquqi xidmət göstərilməsi barədə müqaviləyə ehtiyac olmayıb:
"Buna görə də əvvəlcə xidməti müqavilə bağlamışıq və bankla işləri görmüşük. Vəsait ayrılandan sonra isə hüquqi xidmətin göstərilməsinə ehtiyac yaranıb".
Hakim isə bildirib ki, əvvəlcə vətəndaşa hüquqi xidmət göstərilməsi barədə müqavilə olmalıdır.
Hakim əvvəlcə hüquqi xidmət göstərilməsi barədə müqavilənin imzalanmasını qanun pzuntusu olduğunun deyib.
Təqsirləndirlilən şəxs deyib ki, xidməti müqavilə ilə bağlı ona bir manatda zərərçəkmiş tərəfindən ödəniş edilməyib.
Növbəti proses mayın 8-də davam edəcək.
İttihama görə, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək üçün rəsmi sənədləri saxtalaşdırılıb, dələduzluq edib.
Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 2 milyon dollar kredit almağa nail olub.
O, həmin işi görməyərək quruma külli miqdarda ziyan vurub.
Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edərək Zaur Əliyevlə əlbir olaraq “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 5 milyon 600 min avro kredit alaraq, vəd verdiyi işi görməyib və həmin qurumun pulunu ələ keçiriblər.
Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni "Muğan Bank"ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər.
Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıblar. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqadarda ziyan vurub.
İttihamdan daha sonra göstərilib ki, Ziya Hüseynzadənin "Muğan bank"ın Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb.
Bu hərəkətləri ilə Ziya Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Ziya Hüseynzadə model Raziyyat (Razi) Əliyevayanın sevgilisi olub. O, Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunması ilə bağlı ayrı cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Həmin cinayət işi üzrə ittihamdan göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.
Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib.
O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.
Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.
Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mercedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.
Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecəyarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.
İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir.
Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.
Qeyd edək ki, Raziyyat Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:02 / 24.04.2024
Məşhur modelin sevgilisi məhkəmədə İFADƏ VERDİ
Hazırda oxunan: Məşhur modelin sevgilisi məhkəmədə İFADƏ VERDİ
Hazırda oxunan: Məşhur modelin sevgilisi məhkəmədə İFADƏ VERDİ
188779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.