Ermənistan-İran dövlətlərarası avtomobil yolunun 234-cü kilometrliyindən sel keçib. Nəticədə əraziyə qaya parçaları dağılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsindən məlumat verilib.
Nəticədə Ltsen-Tatev yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Hazırda ərazinin təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.
Xatırladaq ki, Ermənistandan Gürcüstana gedən avtomobil yolu etirazçılar tərəfindən bağlanıb.
Bizim.Media