Moskvada robot-qarsonlar işə başladı

Moskvada robot-qarsonlar işə başladı

Hazırda oxunan: Moskvada robot-qarsonlar işə başladı

1880

Moskvada fəaliyyət göstərən iki kafe qarson robotların sınaqlarına başlayıb.

Bizim.Media xəbər verir ki, pilot layihəyə oktyabrda start verilib. Çinin “Pudu Robotics” şirkəti tərəfindən hazırlanmış iki robot-qarson modeli müştərilərə xidmət edir. 

Bunlardan biri ev pişiyinin xüsusiyyətlərini təqlid edən “BellaBot” modelidir. 

Digərinin isə duyğuları, təbəssümü, gözləri əks etdirən ekranı var. Hər iki robot rəfə bənzəyir, onların rəflərinə müştəri sifarişləri olan qablar qoyulub.

Robotlar yalnız müştərilərə yemək daşımır, onlar həm də çirkli qabları yumaq üçün aparır.
 
Robot-qarsonlar üç dildə işləyir: rus, ingilis və çin.

Pilot layihə özünü doğruldacağı təqdirdə bütün kafeləri əhatə edəcəyi gözlənilir. 

Qeyd edək ki, proqram daxil olmaqla, bir robot-qarsonun ortalama dəyəri 12000 dollardır. Hal-hazırda kafelərdə çalışan iki robot-qarsonun orta aylıq əmək haqqı 35000 dollardır.

Yəni bir robot-qarson üçün bir ayda xərclənən pul Moskva kafelərində qarson kimi çalışan istənilən bir işçinin iki ildən çox maaşı dəyərindədir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO