Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
2004-cü il təvəllüdlü S.Veyisli, 2003-cü il təvəllüdlü E.Hüseynov və 2003-cü il təvəllüdlü R.Mərdənov xəstəxanaya çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:45 / 19.04.2024
Göygöldə ağır QƏZA – Xəsarət alanlar var
Hazırda oxunan: Göygöldə ağır QƏZA – Xəsarət alanlar var
Hazırda oxunan: Göygöldə ağır QƏZA – Xəsarət alanlar var
187887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.