“Bu gün universitetdə mühazirəsi olacaqdı. Dünəndən kostyumunu, ayaqqabısını hazır saxlamışdı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq deputat Hadi Rəcəbli ilə vida mərasimində danışan mərhumun qızı Ülviyyə Tahirli bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hadı Rəcəbli vəfat etdi
“Əvvəlcə xırıltılı nəfəsi gəldi, sonra üzündə təbəssüm yarandı. Vəfat etdikdən sonra da üzünün nuru getməmişdi. Sanki ölməmişdi, yuxuya getmişdi”, - deyə mərhumun qızı bildirib.
Rəşad Əliyev, Bizim.Media