Laçında tikilən hava limanının yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülər Azərbaycan Televiziyası (AZTV) tərəfindən lentə alınıb.
Qeyd edək ki, Laçın hava limanı azad olunmuş ərazilərdə tikilməkdə olan 3-cü aeroportdur. Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanında tikinti işlərinin 2024-cü ilin sonu, 2025-ci ilin əvvəllərində yekunlaşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, 2021-ci il oktyabrın 26-da Füzuli hava limanının rəsmi açılışı olub, 2022-ci il oktyabrın 20-də Zəngilan aeroportunun açılışı baş tutub.
Bizim.Media