Vladimir Zelenski:

Vladimir Zelenski: "Erməni əsilli Ukrayna vətəndaşları həlak olanda harda idin?"

Hazırda oxunan: Vladimir Zelenski: "Erməni əsilli Ukrayna vətəndaşları həlak olanda harda idin?"

1873

Ukrayna prezidenti Vladimir Zelenski erməni əsilli kinorejisor Sarik Andresyanın, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarında Ukraynanın Azərbaycana hərbi yardımı ilə bağlı  ittihamlarına cavab verib. O, rusların saxta xəbərlərini yaymamağı xahiş edib.
Zelenski öz mövqeyini telegram kanalında səsləndirib.

O, qeyd edib ki, Ukrayna heç vaxt və heç kimə fosfor bombası verməyib və ya satmayıb.

“Bu cür məsələlərin qaldırılması ilk dəfə deyil. Əvvəlcə onlar Ukrayna və Donbasdakı müharibə haqqda yalan danışmışdılar. Sonra Ukrayna və Suriyadakı müharibə haqqda eynilə yalan danışdılar. İndi isə bu məsələ, Dağlıq-Qarabağ müharibəsi kontekstində ortaya çıxıb. Hamısını da eyni adamlar edir, - deyə Zelenski bildirib.

Vladimir Zelenski kinorejisorun belə bir bəyanat verməsindən qəzəblənib və bildirib ki, Ukrayna heç vaxt münaqişənin böyüməsini dəstəkləməyib.

“Müharibə Ukraynada olanda və bizim uşaqlarımız öləndə sən hardaydın? Erməni əsilli Ukrayna vətəndaşları həlak olanda hardaydın? Şəxsən sən o vaxt aqressiyaya qarşı nə söyləmişdin? Heç nə? Başa düşürəm. Çünki bu sənin müharibən deyildi!

Bu gün isə qorxursan, çünki bu dəhşət sənin öz evinə gəlib, - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, Sarik Andresyanla Vladimir Zelenski uzun illər mədəniyyət-incəsənət sahəsində birlikdə çalışmış, Zelenski onun çəkdiyi onlarla filmdə aktyor kimi rol almışdır.

Elə buna görə də Zelenski Andresyanın “xəyanət”ini bağışlaya bilmir, “mən çox təəssüf edirəm ki, sən, evimin qapısını üzünə açdığım adamsan və mənim daxili aləmimi, dəyərlərimi bildiyin halda, başqalarının təbliğatına uydun”.

Qeyd edək ki, erməni əsilli kinorejisor Sarik Andresyan sosial şəbəkələrdə guya Ukraynanın Azərbaycana silah yardımı etməsini və Azərbaycan tərəfinin bu silahlardan Dağlıq-Qarabağ döyüşlərində erməni hərbçilərinə qarşı istifadə etdiyi haqda saxta informasiya paylaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO