Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının deputatı Ovik Ağazaryan Azərbaycan kəndlərinin qaytarılması mövzusuna toxunub.
Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
“Biz heç bir torpaq vermirik, onlara məxsus olanı geri qaytarırıq”, deyə o, qeyd edib.
Xatırladaq ki, söhbət Qazaxın işğalda olan 4 kəndindən gedir. Digər 4 kəndin (Qazaxın 3, Naxşıvanın 1) azad edilməsi məsələsi isə sərhədlərin demarkasiyası və delimitasiyası zamanı həll olunacaq.
Bizim.Media