Yevlax-Zaqatala magistralının qalan hissəsi nə vaxt təmir OLUNACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

Yevlax-Zaqatala magistralının qalan hissəsi nə vaxt təmir OLUNACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

Hazırda oxunan: Yevlax-Zaqatala magistralının qalan hissəsi nə vaxt təmir OLUNACAQ? – RƏSMİ AÇIQLAMA/FOTO 

186258

Yevlax-Zaqatala Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Şəki-Zaqatala hissəsindən istifadə edənlərə şad xəbərimiz var.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yolun Yevlaxdan başlayaraq Şəki rayonu daxil əsas hissəsi yüksək səviyyədə tikilərək istifadəyə verilib. 

Bu yol əsas magistral yol olmaqla yanaşı, həm də bir qəsəbə və 10- dan çox kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edir. Lakin hər gün yüzlərlə nəqliyyat vasitəsinin istifadə etdiyi yolun Şəkidən Zaqatalaya qədər olan hissəsinin təmirsiz olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, avtomobillərin ehtiyyat hissələrini də sıradan çıxarır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, son bir neçə ildə magistralın müəyyən hissələrində təmir işləri həyata keçirilib.

Yolun 40 km uzunluğa malik Zaqatala-Balakən Mazımçay hissəsi 2019-cu ildə, 46 km uzunluğu olan Xaldan-Şəki hissəsi isə 2021-ci ildə əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib:

“Yolun Şəki-Zaqatala hissəsinin yenidən qurulmasına dair təkliflər isə hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Həmin yolun yenidən qurulması hətta növbəti Dövlət Proqramına belə salınıb. Maliyyə vəsaiti ayrılan kimi işlərə başlanılacaq”.

Beləliklə, magistral üzərində yerləşən kənd və qəsəbə sakinləri eləcə də bu yoldan istifadə edən sürücülərdən bir qədər də səbrli olmaları tövsiyə edilir. 
Ümidvarıq ki, layihəyə yaxın aylarda start veriləcək və sakinlərin yolsuzluq intizarına son qoyulacaq. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO