Ekspertdən xəbərdarlıq: Falqalardan istifadə etməyin, xərçəng yaradır – SOS!!!

Ekspertdən xəbərdarlıq: Falqalardan istifadə etməyin, xərçəng yaradır – SOS!!!

Hazırda oxunan: Ekspertdən xəbərdarlıq: Falqalardan istifadə etməyin, xərçəng yaradır – SOS!!!

18612

Tərkibində alüminium olan falqalar alzaymer xəstəliyinin yaranmasına səbəb olur. Araşdırılıb ki, beyin toxumalarında yüksək miqdarda alüminium yığıldığı təsdiqlənib. Bu da alzaymer xəstəliyini sürətləndirir.

Bu sözləri Bizim.Media-ya açıqlamasında qida mütəxəssisi Ağa Salmanov deyib.

Onun sölzərinə görə, falqalardan çox istifadə etdiyimiz üçün böyrək çatışmazlığı yaranır, sümük xəstəliyi olan xəstələrdə ağrılar daha da şiddətlənir, çünki, insan orqanizmində alüminium sürətli şəkildə toplanır:
 

MÖVZU İLƏ BAĞLI:

Falqada yemək bişirmək təhlükəlidir – DİQQƏT!


“İnsan iki yolla bədəninə alüminium yığa bilir. Birincisi, bu, falqaya bükülmüş qidanın yüksək temperaturda bişirilməsi ilə qidanın üzərinə hopur. Nəticədə orqanizmimizə alüminium daxil olur. İkinci yol isə turşuluğu çox olan qidalar vasitəsilə ötürülür.

Pomidor, limon, sirkə kimi təbii turşuluğu çox olan qidalarda falqadan istifadə olunması zərərlidir. Turşuluq alüminiumu parçalayır və yeməklərə keçir, nəticədə insanın alüminiumla zəhərlənir. Bu isə tədricən beyin toxumalarına çatır.

Bədənimizdə təbii olaraq dəmir, sink kimi  metallar var. Bəzi metalların bədənimizdə çox olması toksid təsirləri artırır.

Bu metallar oqranizmdə depolanır və bizi zəhərləyir. Əsasən insan orqanizminə  buxar vasitəsilə bizə lazım olmayan metalları toplamış oluruq”.

Mütəxəssis vurğulayıb ki, falqa əvəzinə yeməklərin üzərinə  yağlı kağızlardan istifadə etməliyik. Keramik qablarda yağlı kağızı yeməyimizin üzərinə sərə bilərik. Bu zaman heç bir metal zəhərlənməsi olmayacaq:

“Falqalarla yanaşı plastik  qabların da istifadəsi zərərlidir.  Əsasən uşaqlar üçün plastik qablarda yemək qızdırarkən  dioksid maddələr yeməyə hopur. Və nəticədə yemək çirklənməyə məruz qalır. Beynəlxalq Xərçəng İnstitutunun araşdırmasında göstərilir ki, plastik qablardan istifadə uşaqlarda tədricən xərçəng xəstəliyi əmələ gətirir.
 

Yağ toxumalarında yığılan dioksid maddəsi də gedib xərçəng hüceyrələrinə yığılır. Belə nəticəyə gəlməliyik ki, falqa ilə qidalar təmasda olmamalıdır. Eyni  zamanda plastik qablarda yemək qızdırmaq və bişirmək də  olmaz”.


Müsahibimiz son vaxtlar gündəm mövzusu olan polietilen torbaların hələ də istifadə olunmasından da danışıb:

“Hələ də plastik qablardan istifadə olunur.  Polietilen torbalar külək olan kimi göydə uçur. Bu qərar nəyə lazım idi? Sərinləşdirici  içkilər şüşə qablarda satılmalıdır. Hə, durub deyəcəklər ki, şüşə qablarda satmaq bahadır.

Plastik qablarda olan sərinləşdirici içkilərin 1 litrinin qiyməti 1 manatdır. Sovet vaxtı şüşədə olan limonatların qiyməti 50-60 qəpikdir. Görün, insanları necə aldadırlar. İşbazlar insanların xərçəngə tutulmasına şərait yaradırlar”- deyə bildirdi.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO