Xocalıda məzarlıqdan tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək

Xocalıda məzarlıqdan tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək

Hazırda oxunan: Xocalıda məzarlıqdan tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək

185937

Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları bu gün dəfn ediləcək.

Bizim.Media xəbər verir ki, soyqırımı qurbanlarının qalıqları Zabrat qəbirstanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

Kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilib:

(Xocalı rayon sakinləri)

1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)

2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)

3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)

4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974)

5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)

6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)
(Xankəndi şəhər sakinləri)

7. Cavadov Əli Müsül oğlu (15.06.1954)

8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)

9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)

10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)

Qeyd edək ki, kütləvi məzarlıqda tapılan 7 nəfərin qalıqları martın 31-də Xocalıdakı yeni Şəhidlər xiyabanında dəfn edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO