Rusiya Ukrayna sərhədlərinə qoşun yığır - PEYK GÖRÜNTÜLƏRİ - FOTO

Rusiya Ukrayna sərhədlərinə qoşun yığır - PEYK GÖRÜNTÜLƏRİ - FOTO

Hazırda oxunan: Rusiya Ukrayna sərhədlərinə qoşun yığır - PEYK GÖRÜNTÜLƏRİ - FOTO

18577

“Vol Strit Jurnal” qəzeti Rusiya qoşunlarının Krımda və Ukrayna sərhədlərində yerləşməsi ilə bağlı peyk görüntülərini yayıb.

Bizim.Media xəbər verir ki, görüntülər 27 mart-16 aprel aralığında “Maxar Technologies” şirkəti tərəfindən çəkilib.
 

MÖVZU İLƏ BAĞLI:

Çinin peyki partladı buluda döndü – Hökumət səbəbkarı axtarır - FOTO


Fotolardan biri Krımdakı aerodromu əks etdirir. Belə ki, bu aerodromda mart ayında heç bir Su-30 təyyarəsi olmadığı halda hazırda burada onlarla qırıcı görünür.

Digər görüntünün isə Voronej yaxınlığındakı düşərgədən olduğu bildirilir. Rusiyanın bu əraziyə kəşfiyyat dronları, motoatıcı və artilleriya bölmələri yığması əks olunub.

Şirkətin rəhbəri Den Yablonski bu görüntüləri regionda baş verənlərlə bağlı şübhəni ortadan qaldırmaq üçün yaydıqlarını vurğulayıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO