Bu klub Arda üçün “Real”la danışıqlara başladı

Bu klub Arda üçün “Real”la danışıqlara başladı

Hazırda oxunan: Bu klub Arda üçün “Real”la danışıqlara başladı

185731

"Real"ın futbolçusu Arda Gülər La Liqada komandasını dəyişə bilər. 

Bizim.Media xəbər verir ki, "Real Sosyedad" türk yarımmüdafiəçini icarəyə götürmək istəyir. Bu barədə ESPN məlumat yayıb. 

"Real Sosyedad" 19 yaşlı oyunçunu bir mövsümlük heyətinə qatmaq üçün tezliklə Madrid təmsilçisi ilə danışıqlara start verəcək.

Qeyd edək ki, "Real" Arda güləri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO