İsveçrə Federal Şurası Cenevrədə NATO-nun beynəlxalq təşkilatlarla əlaqələr üzrə ofisinin açılmasına razılıq verib.
Bizim.Media xəbər verir ki, bunu İsveçrə XİN-in rəsmi nümayəndəsi Pyer Alen Elçinqer məlumat verib.
“2023-cü ilin sonunda NATO İsveçrəyə əlaqə bürosunun açılması ilə bağlı rəsmi müraciət edib. Federal Şura belə bir ofisin açılmasına prinsipial olaraq razılıq verib və Xarici İşlər Nazirliyi növbəti ofisin hazırlanmasına cavabdehdir”, - deyə o qeyd edib.
Elçinqer bildirib ki, ofisin açılış tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:47 / 04.04.2024
İsveçrə Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verdi
Hazırda oxunan: İsveçrə Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verdi
Hazırda oxunan: İsveçrə Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verdi
185716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.