İlahiyyatçıdan uşaqlarını oruc tutmağa məcbur edən valideynlərə REAKSİYA -

İlahiyyatçıdan uşaqlarını oruc tutmağa məcbur edən valideynlərə REAKSİYA - "9 yaşı olubsa..."

Hazırda oxunan: İlahiyyatçıdan uşaqlarını oruc tutmağa məcbur edən valideynlərə REAKSİYA - "9 yaşı olubsa..."

185459

Müqəddəs Ramazan ayının mübarək günlərini yaşayırıq. Hər kəs çalışır ki, Ramazanın fəzilətlərindən faydalansın, xoş əməllər görsün. 

Ramazanın ikinci adı isə orucluqdur. Sağlamlığı imkan verən hər müsəlmanın bu ayda oruc tutması vacib və savab əməl sayılır. Bu ayda təkcə böyüklər yox, həm də uşaqlar oruc tutur.

Amma bəzən uşaqların oruc tutma qaydasını böyüklərdən fərqləndirirlər. Bir çox hallarda uşaqlar günortaya qədər, yaxud da günortadan sonra oruc tuturlar. 

Bəs, İslamda “uşaq orucu” deyilən bir qayda varmı?

Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, "uşaq orucu" deyə bir anlayış yoxdur:

“Lakin həddi buluğa çatmamış uşaqlar əgər oruc tutmaq istəsələr, tab gətirənə qədər tuta, sonra aça bilərlər. Çünki onlara oruc vacib olmadığı üçün orucu yarımçıq açmaq da günah deyil. Lakin oruc tutmaq mükəlləf olan müsəlmanlara fərzdir. Mükəlləf dedikdə, ağıllı, müsəlman, sağlam, muqim (yəni səfərdə olmayan) və həddi-büluğa çatan şəxslər nəzərdə tutulur. Həddi-büluğ isə qızlarda 9, oğlanlarda 14 yaş götürülür. Yəni, həddi-büluğ hər ölkədə şəraitə, təbiətə görə müxtəlifdir”.

Tural İrfan hesab edir ki, uşaqlar əgər oruc tutmaq istəsələr qarşını almaq olmaz, bir şərtlə ki, sağlamlıq problemi yaranmasın:

“Lazım gələrsə, həkimlə məsləhət etmək lazımdır. Quran oxumaq, namaz qılmaq uşaqlar üçün xoşgörüləndir. Ancaq oruc tutmaq bir qədər zəhmət tələb edən, daha ciddi məsələ olduğu üçün uşaqlar barədə diqqətli olmaq lazımdır. Həmçinin bəzi ailələr uşaqları məcbur edirlər, oruc tutmayanda danlayırlar. Bu doğru deyil. 

Din məhəbbətdir. İkrah etmək olmaz. Təşviq etmək, həvəsləndirmək daha yaxşıdır. Oruc sağlamlığın rəhnidir. Amma oruc səhər dan üzü ağarmamışdan başlayaraq gün batana qədərdir. Günortaya qədər oruc yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO