Cəlilabadda ilk yerüstü piyada keçidi tikilir – FOTO/VİDEO  

Cəlilabadda ilk yerüstü piyada keçidi tikilir – FOTO/VİDEO  

Hazırda oxunan: Cəlilabadda ilk yerüstü piyada keçidi tikilir – FOTO/VİDEO  

185455

Cəlilabad şəhərində ilk yerüstü piyada keçidinin quraşdırılmasına başlanılıb. 

Bizim.Media xəbər verir ki, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunur. 

Yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilir. Uzun illər bu ərazidə piyadaların yol keçməsi dəfələrlə məktəbli ölümlərinə səbəb olurdu. 

Qeyd edək ki, keçidin quraşdırılması ilə əlaqədar bu gün prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bildirək ki, keçidin uzunluğu 14 metrdir. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir. 
 












Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO