"Qəbələ" bu gün "Zirə"nin qonağı olacaq

Hazırda oxunan: "Qəbələ" bu gün "Zirə"nin qonağı olacaq

185428

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, "Zirə" "Qəbələ"ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Tərəflər indiyədək bu turnirdə 2 dəfə üz-üzə gəliblər. Bunların hər ikisində bölgə təmsilçisi qələbə qazanıb. "Qəbələ" 2015/2016 mövsümündə rəqibini 2:1 və 5:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, "Qarabağ" ötən gün "Neftçi"ni səfərdə 4 cavabsız qolla məğlub edib. Hər iki cütdə cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO