Bakıda havada tozun miqdarı normadan çoxdur

Bakıda havada tozun miqdarı normadan çoxdur

Hazırda oxunan: Bakıda havada tozun miqdarı normadan çoxdur

185281

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. 

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. 

“Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. 

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO