Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Ş.İ. Xətai prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü A.Məmmədov, 1998-ci il təvəllüdlü A. Əliyev və 1995-ci il təvəllüdlü V. Vəlixanova müxtəlif dərəcəli bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu