ABŞ Əfqanıstanda məğlub olub? - Ordu ölkədən çıxarılır

ABŞ Əfqanıstanda məğlub olub? - Ordu ölkədən çıxarılır

Hazırda oxunan: ABŞ Əfqanıstanda məğlub olub? - Ordu ölkədən çıxarılır

18487

ABŞ prezidenti Co Bayden aprelin 14-də Ağ Evdəki çıxışında ABŞ hərbi qüvələrinin 2021-ci il sentyabrın 11-nə kimi Əfqanıstandan tamamilə geri çəkiləcəyini açıqlayıb. 2001-ci il 11 sentyabr hadisələrindən sonra o dönəm ABŞ prezidenti olan Corc Buş Əfqanıstandakı terrorçu mövqeləri bombalamağa başladıqlarını bildirmişdi.

Bu baxımdan Baydenin geri çəkilmənin məhz 11 sentyabrda, Dünya Ticarət Mərkəzinə hücumun 20-ci ildönümündə başa çatacağını bildirməsi simvolik məna daşıyır.

C.Bayden açıqlamasında “ABŞ-ın ən uzun müddət davam edən müharibəsini bitirməyin və əsgərlərin evlərinə qayıtmaqlarının vaxtı gəldi” deyib.

“Bizim Əfqanıstanda qalma səbəbimiz artıq öz qüvvəsini itirib.  Dünyadakı terror təhdidləri son 20 ildə bir çox ölkəyə yayılıb.  Sadəcə tək bir ölkədə minlərlə əsgər saxlamaq hər il milyardlarla dollara başa gəlir. Bu mənə və liderlərimizə ağılsız qərar kimi görünür”, deyə Bayden əlavə edib.

Keçmiş prezident D.Tramp isə məsələ il bağlı verdiyi açıqlamasında Baydenin bu qərarını dəstəklədiyini vurğulayıb.

Lakin ABŞ-ın Əfqanıstandan geri çəkilməsi, Əfqanıstandakı bütün xarici qüvvələrin geri çəkilməsi demək deyil. Çünki NATO birlikləri hələ də Əfqanıstandakı missiyalarını həyata keçirməyə davam edəcəklər.

“Geri çəkilmə zamanı əsgərlərimizə qarşı baş verə biləcək istənilən “Taliban” hərəkatının hücumuna cavab veriləcək”, deyə Bayden qeyd edib.

ABŞ ordusunun geri çəkilməsindən sonra Əfqanıstanda nə kimi dəyişikliklər baş verə bilər?

Geri çəkilmə qərarı “Taliban” üçün bir növ ”yaşıl işıq” kimi qiymətləndirilir. Davam edən müddətdə Əfqanıstanda qurulacaq yeni hökumətdə “Taliban”a da yer veriləcəyi ehtimal olunur. Lakin keçiriləcək ilk seçkilərdə “Taliban”ın yenidən hakimiyyətə gəlməsi ehtimalı da az deyil.

Bəs, Baydenin bu qərarı verməsinin əsas səbəbi nədir?

Bu geri çəkilmənin ən böyük səbəbi ABŞ-ın xarici siyasət prioritetlərinin dəyişməsi hesab olunur. Çinin böyük sürətlə super gücə çevrilməsi, Donbasda Rusiya ilə Ukrayna arasında münaqişənin yenidən gərginləşməsi, ABŞ və Rusiya arasında ziddiyyətlərin artması geri çəkilmə qərarındakı əsas səbəblər arasında yer alır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO