Azərbaycanlı müğənnidən kobud səhv: Adaya şəhər dedi – VİDEO 

Azərbaycanlı müğənnidən kobud səhv: Adaya şəhər dedi – VİDEO 

Hazırda oxunan: Azərbaycanlı müğənnidən kobud səhv: Adaya şəhər dedi – VİDEO 

184698

Müğənni Ülviyyə Namazova paylaşımı ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, ifaçı son zamanlar turistlər arasında populyarlaşan Şri-Lankaya tətilə yollanıb. 

Bu haqda Namazova sosial şəbəkə hesabında məlumat verib. Qaldığı oteldən paylaşım edən Ülviyyə yayımladığı videoda kobud səhvə yol verib. 

Belə ki, müğənni Şri-Lankanı ada kimi yox, şəhər kimi təqdim edib: 

“Deməli, dostlar, gəlib çıxdıq tam uzaqlara – Şri-Lanka şəhərinə. Buranı çox sevirəm”. 

Ü.Namazovanın sözügedən görüntüləri sosial şəbəkədə yayılaraq izləyicilər tərəfindən məsxərə obyektinə çevrilib. 
Qeyd edək ki, bir neçə il əvvəl Şəbnəm Tovuzlu (Əsədova) verilişlərin birində qonaq olarkən “Amerika Avropanın paytaxtıdır” deməsi ilə gündəmə səs salmışdı. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO