Başı yarılan körpəyə yardım etməyən 3 tibb işçisi İŞDƏN ÇIXARILDI - RƏSMİ 

Başı yarılan körpəyə yardım etməyən 3 tibb işçisi İŞDƏN ÇIXARILDI - RƏSMİ 

Hazırda oxunan: Başı yarılan körpəyə yardım etməyən 3 tibb işçisi İŞDƏN ÇIXARILDI - RƏSMİ 

184686

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç birində uşağa ilkin tibbi yardım edilmədiyini iddia edib. O, ilk olaraq uşağı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 saylı bölməsinə, daha sonra isə 20 saylı şəhər poliklinikasına apardıqlarını qeyd edib.  

Jurnalistin sözlərinə görə, adıçəkilən xəstəxanaların heç birində uşağa ilkin tibbi müdaxilə edilməyib. Ailə uşaq xəstəxanasına yönləndirilib. 

Bizim.Media xəbər verir ki, yenisabah.az-a açıqlama verən TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova məsələ ilə bağlı araşdırmaların yekunlaşdığını bildirib. 

Departament rəhbəri qeyd edib ki, sözügedən hal üzrə araşdırmaların nəticəsinə uyğun olaraq tədbir görülüb, həkim, tibb bacısı və Nəsimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmə müdiri işindən azad edilib: 

“Sözügedən hadisə ilə əlaqədar "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsin Nəsimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsinin əməkdaşları haqqında müvafiq tədbirlər görülüb. 

Bölmə müdirinin öz ərizəsinə əsasən, əmək müqaviləsinə xitam verilib. 

Eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən yol verdikləri kobud pozuntuya görə, böyük həkim və tibb bacısının əmək müqaviləsinə xitam verilib. 
Böyük tibb bacısına isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO