Azərbaycanda baş məşqçi hakimi döydü – VİDEO 

Azərbaycanda baş məşqçi hakimi döydü – VİDEO 

Hazırda oxunan: Azərbaycanda baş məşqçi hakimi döydü – VİDEO 

184567

AFFA İntizam Komitəsinin dünən iclası keçirilib. 

Yığıncaqda U-13 liqasındakı qayda pozuntuları ilə əlaqədar da qərarlar qəbul olunub. 

"Azəri"nin baş məşqçisi Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb. 

Federasiyanın yaydığı məlumatda bildirilib ki, martın 17-də keçirilən “Turan Tovuz” FK – “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə belə qərar çıxarılıb. 
Bu hərəkətə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət də verilib. 

Bizim.Media xəbər verir ki, sportinfo.az hadisənin hansı şəraitdə və necə baş verməsini əks etdirən görüntüləri əldə edib. Kadrlardan aydın olur ki, E.Əliyev hakimin hansısa qərarından narazı qalır və sürətlə meydana şığıyır. 

Yaxınlıqdakı şəxslər gəncəli məşqçini sakitləşdirməyə cəhd göstərsə də, o, hərəkətlərinə ara vermir. 

Yenidən referinin üzərinə yeriməyə və onu vurmağa çalışır. “Fit sahibi” Əliyevin əlindən yaxa qurtarmaq üçün o yan-bu yana qaçır. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO