Azərbaycandakı Türkiyə şirkətləri Naxçıvan istiqamətində yolun tikintisi layihəsinin hazırlanması üzərində işləyir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Türkiyə şirkətləri Qarabağda yol layihələri üzrə bütün işləri həyata keçirir və nəticələr razılaşdırılmaq üçün Azərbaycan hökumətinə təqdim olunur.
"Layihəyə razılıq verildikdən sonra dövlət tikinti-bərpa işləri üçün vəsait ayırır və yerli şirkətlər hazırlanmış layihəyə uyğun olaraq yolların tikintisinə başlayır".
O qeyd edib ki, Qarabağdakı bütün tikinti işləri, o cümlədən Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yeni yol üzrə işlər Agentlik tərəfindən yerli və Türkiyə şirkətləri ilə birgə həyata keçirilir. (Trend)
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:51 / 20.04.2021
Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini Türk şirkətləri hazırlayır
Hazırda oxunan: Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini Türk şirkətləri hazırlayır
Hazırda oxunan: Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini Türk şirkətləri hazırlayır
18451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.