“Mart ayında tikinti materialları bazarında elə də ciddi bahalaşma olmayıb və əvvəlki aylarda olduğu kimi, təklif çox olmadığı üçün stabillik olub”.
Bu sözləri Bizim.Media-ya açıqlayan daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə, bu gün qiymətlərin bazar tərəfindən tənzimləndiyini diqqətə çatdırıb.
Ekspert vurğulayıb ki, əgər bazarda müştəri yoxdursa, qiymət də bahalaşmayacaq:
“Qalxsa da, alıcısı olmayacaq. Buna görə satıcı digər xərcləri ödəmək üçün qiymətləri aşağı salmağa məcbur olacaq. Bu gün hələ də Rusiyanın Belqorod və Ukraynanın Polşa sərhəddinə yaxın yaxın ərazilərindən ölkəmizə bəzi tikinti materialları idxal olunur.
Bu səbəbdən də bazarda bolluq müşahidə olunur və buna görə də qiymətlərdə artım baş vermir. Əvvəlki aylarda 44-45 manat olan divar kağızlarını hazırda 30-35 manata da almaq olar.”
R.Qasımzadə bununla belə, bəzi məhsullarda cüzi ucuzlaşmanın müşahidə olundurğunu bildirdi:
“Əsasən də Rusiyadan gələn materiallarda nisbi ucuzlaşma nəzərə çarpmaqdadır. Əvvəlki 2 ay ərzində “Dikt”lərin qiyməti 20-22 manat arasında dəyişirdi. Mart ayında isə bu dəyər 16-17 manata qədər düşdü. Alçılarda, eləcə də bəzi yerli məhsullarda cüzi də olsa ucuzlaşma müşahidə olunur. Ona görə ki, yerli məhsul xarici idxala rəqib olduğu üçün satıcılar cüzi endirimlər edirlər. Bazarın hazırkı vəziyyəti də ümumi satışın zəiflədiyini göstərir”.
O, qiymət dəyişiklərinin aşağıdakı amillərlə bağlı olduğunu diqqətə çatdırdı:
“Belə ki, qiymətlər fevral ayında bahalaşır, amma martın əvvəlində ucuzlaşır. Sonrakı aylarda isə qiymətlərin yenidən öz əvvəlki səviyyəsinə qalxması mümkündür. Bəzi boya məhsullarında əvvəlcə ucuzlaşma olub, amma sonradan qiymətlər tələbatın artması ilə əlaqədar öz əvvəlki səviyyəsinə çatıb. Bəzi dəmir məmulatlarında da eyni vəziyyət müşahidə olunub”.
Onun sözlərinə görə, qarşıdakı aylarda qiymət artımlarının olacağı proqnozlaşdırılır:
“Bunu da aprel ayından etibarən tikinti bumunun başlaması ilə əlaqələndirirlər. Növbəti aylardan tələbatın artacağı və buna uyğun qiymətlərin bahalaşacağı gözlənilir”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:50 / 27.03.2024
Tikinti materialları bazarında SON VƏZİYYƏT – Bu məhsullar UCUZLAŞDI
Hazırda oxunan: Tikinti materialları bazarında SON VƏZİYYƏT – Bu məhsullar UCUZLAŞDI
Hazırda oxunan: Tikinti materialları bazarında SON VƏZİYYƏT – Bu məhsullar UCUZLAŞDI
184405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.