“Yeraltı təkanların sayı gündən-günə artır” - Qurban Yetirmişli 

“Yeraltı təkanların sayı gündən-günə artır” - Qurban Yetirmişli 

Hazırda oxunan: “Yeraltı təkanların sayı gündən-günə artır” - Qurban Yetirmişli 

184363

2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Açıq qapı" günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Təkanların sayı günü-gündən artır. Bu ilin üç ayında Azərbaycanda 2000-ə yaxın yeraltı təkanlar baş verib. Onların içərisində hiss edilən təkanların sayı bir və ya iki olub. Ümumiyyətlə, Azərbaycanda seysmiklik fon vəziyyətindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun".

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO