Türkiyədə AK Partiyasının millət vəkili Erol Keleş azyaşlının həyatını xilas edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, seçki fəaliyyətlərinə qatılmaq üçün proqrama gedərkən “Heimlich” manevri (insanların nəfəs borusunda hər hansı bir qida və ya yad cisim qaldıqda tətbiq edilən texnika) ilə şirniyyatdan boğulan uşağın həyatını xilas edib.
Bizim.Media