İranın Sistan və Bəlucistan əyalətində patrul xidməti aparan hərbçilərlə naməlum silahlı şəxslər arasında qarşıdurma olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, hadisə Səravan şəhərində baş verib. Silahlı şəxslər patrul avtomobillərini atəşə tutublar.
Qeyd olunur ki, hələlik xəsarət alanlar barədə məlumat əldə etmək mümkün olmayıb.
Bizim.Media