Qanı durultmaq üçün 8 DƏRMANSIZ ÜSUL

Qanı durultmaq üçün 8 DƏRMANSIZ ÜSUL

Hazırda oxunan: Qanı durultmaq üçün 8 DƏRMANSIZ ÜSUL

18413

Qatı qan xüsusilə yaşlı insanlarda çox təhlükəli haldır. Qatı qan damarlarda trombların əmələ gəlməsinə səbəb olur.

Tromb damarın mənfəzini bağlaya bilər ki, bu da infarkt, insult və digər ağır pozulmaların inkişafına səbəb ola bilər. Qanı durulaşdırmaq üçün nə etmək lazımdır? Həkimlər xüsusi dərman preparatlarını təyin edir. Lakin bunu dərmansız da etmək mümkündür.

Bizim.Media saglamolun.az-a istinadla oxucularını tanınmış rusiyalı həkim-revmatoloq Pavel Yevdokimenkonun tövsiyələri ilə tanış edir:

1. Hər gün 1-1,5 l adi su için. Səhəri 1 stəkan ilıq su ilə başlayın. Bu həm qanı duruldur, həm mübadilə proseslərini sürətləndirir, həm də bağırsaqları işlədir.

2. Fiziki aktivliyinizi artırın.

3. Duz, qəhvə və spirtli içkilərinin qəbulunu minimuma azaldın.

4. Hirudoterapiya (zəli ilə müalicə) qanı çox yaxşı duruldur. Zəli qana xüsusi bioloji-aktiv maddələri ifraz edir ki, bu maddələr qanı duruldur. Lakin bu üsul hamıya uyğun gəlmir.

Hirudoterapiyanı tətbiq etdikdən əvvəl qan analizini vermək lazımdır. Məsələn, qanda hemoqlobin aşağıdırsa, hirudoterapiya istifadə olunmur.

5. Sarımsaq, şüyüd, kərəviz, cəfəri qanı çox yaxşı duruldur.

6. Siqaret çəkməkdən imtina edin.

7. Şəkər və şirniyyatların qəbulunu minimuma azaldın.

8. Həyatınızda stressin səviyyəsini azaldın. Stress qanı qatılaşdıran əsas faktorlardan biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO