Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi dəyişdi         

Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi dəyişdi         

Hazırda oxunan: Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi dəyişdi         

18362

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Yazıçılar Birliyinin sədri

Azərbaycan Rəssamlar İttifaqının sədri

Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Azərbaycan Memarlar İttifaqının sədri

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Xoşbəxt Yusifzadə –Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Tahir Salahov – Xalq rəssamı

Ömər Eldarov – Xalq rəssamı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO