Ermənistan Azərbaycanla sərhəddə Aİ missiyasının statusunu ratifikasiya etdi

Ermənistan Azərbaycanla sərhəddə Aİ missiyasının statusunu ratifikasiya etdi

Hazırda oxunan: Ermənistan Azərbaycanla sərhəddə Aİ missiyasının statusunu ratifikasiya etdi

183427

Ermənistan parlamenti İrəvanla Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, parlamentin iclasını Ermənistan xəbər portalları yayımlayıb.

"57 deputat lehinə səs verdi, heç kim əleyhinə səs vermədi, 27 deputat bitərəf qaldı. Qərar qəbul edildi", - deyə parlament sədrinin müavini Ruben Rubinyan bildirib.

Müxalif “Ermənistan” fraksiyasının bəzi deputatları bitərəf qalıb,  “Mənim namusum var” fraksiyası isə səsvermədə iştirak etməyib.

Xatırladaq ki, Aİ missiyasının sayı 138 nəfərdən 209 nəfərə çatdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO