Bərdənin Mehtili kəndinin internet problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO 

Bərdənin Mehtili kəndinin internet problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO 

Hazırda oxunan: Bərdənin Mehtili kəndinin internet problemi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO 

183319

Bərdənin Mehtili kəndində yaşayan bir qrup sakin internet xəttinin olmamasından şikayət edir. 

Belə ki, 323 ailənin yaşadığı kəndin 1463 nəfər sakini var. Bundan başqa Qarabağ müharibəsinin ilk illərində 158 nəfər məcburi köçkün də bu kəndə sığınıb. Kənd əhalisinin əsas problemi isə məhz elə internet xəttinin çəkilməməsidir. Digər tərəfdən isə əvvəllər çəkilmiş xəttin ötürücü dirəklərindən tutmuş, naqillərinə qədər bir sıra nasazlıqlar müşahidə olunur. 

Sakinlərin bildirdiyinə görə, aidiyyətı üzrə dəfələrlə müraciət etmələrinə baxmayaraq məsələ hələ də öz həllini tapmır.


Mehtili kənd sakini Anar Mammadov deyir ki, “Aztelekom”un istər regional idarəsi, istərsə də yerli Bərdə rayon şöbəsi hər dəfə onlara problemin həll olunacağını vəd edir:

"Cəmi 23 və ya 27 evə internet verilib. Ondan sonra heç bir müraciətə baxan olmayıb. "Aztelekom"un Yevlax regional idarəsinin rəhbəri Samir müəllimin də qəbulunda olmuşuq. O da yerli şöbənin məmurları kimi bizə vədlər verdi. Lakin əməl edən yoxdur", - deyə, bildirib, A.Məmmədov. 

Məslə ilə bağlı əməkdaşımız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Yevlax regional filialının Bərdə rayon şöbəsinin baş mühəndisi Vaqif Ələkbərovla əlaqə saxlayıb. V.Əkbərov məsələdən xəbərdar olduğunu, yaxın günlərdə problemin həll ediləcəyini bildirib: 


"Hal-hazırda rayonunun Bəcrəvan kəndində tikinti işlərinə başlanılır. Artıq sözügedən kəndə ötürücü dirəklər və kabellər aparılıb. Bəcrəvan kəndində tikinti-quraşdırma işləri bitəndən sonra qonşu Mehtili kəndində də həmin çətinlik aradan qaldırılacaq", - deyir, Vaqif Əkbərov. 
Ümid edirik ki, vəd edildiyi kimi, yaxın vaxtlarda Mehtili kəndinin internet problemi öz həllini tapacaq. 










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO