Ukrayna əsilli şanson ifaçısı Lyubov Uspenskaya Rusiya vətəndaşlığını alıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi "TASS" agentliyinə özü məlumat verib.
Sənətçi bildirib ki, Rusiya pasportu almaq üçün o, qızı ilə bərabər rus dilindən imtahan verib:
"Xoşbəxtəm ki, indi belə böyük dövlətin vətəndaşıyam. Rusiyanı həmişə sevmişəm və düşünürəm ki, arzum gerçəkləşib".
Qeyd edək ki, 70 yaşlı müğənni 1954-cü il fevralın 24-də Kiyevdə anadan olub. 1978-ci ildə SSRİ-dən ABŞ-a mühacirət edib və 2003-cü ilə qədər orada yaşayıb. Bir müddət sonra Uspenskaya Moskvaya qayıdıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:42 / 18.03.2024
Ukraynalı Lyubov Uspenskaya Rusiya vətəndaşı oldu
Hazırda oxunan: Ukraynalı Lyubov Uspenskaya Rusiya vətəndaşı oldu
Hazırda oxunan: Ukraynalı Lyubov Uspenskaya Rusiya vətəndaşı oldu
183188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.