Suraxanı rayonu, Hövsan qəsəbəsində 60 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə daxil olub, 1964-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bizim.Media